Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bilal Haye: "Pakistan Qarabağın bərpasına töhfə verməyə hazırdır"

05 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Biz Azərbaycanı həmişə dəstəkləmişik və indi də kömək etməyə şad olarıq”.

Bunu Report-a Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye bildirib.

“Digər diplomatlarla birgə Azərbaycanın azad olunmuş ərazilərinə mən də getmişdim. O cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada da olmuşam. Oradakı vəziyyət elə Cammu və Kəşmirdəki ilə eynidir. Bu da bizi Azərbaycanla yaxınlaşdırır. Bəli, Qarabağ azad olunub, amma indi həmin bölgənin bərpası və inkişaf etdirilməsi üçün addımlar atılmalıdır” – səfir qeyd edib.

O, Qarabağın bərpası və inkişaf etdirilməsinə, o cümlədən ərazilərin minalardan təmizlənməsinə töhfə verməyə hazır olduqlarını da vurğulayıb.

Oxşar xəbərlər
OTACI