Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağıllı insanlar niyə ləng qərar verir?

07 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniya və İspaniyadan olan bir qrup alim tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, mürəkkəb problemlərin həlli vəziyyətində bəzi üstünlüklər intellekt səviyyəsi az olan insanlara məxsusdur.

Press.az medicina.az-a istinadən xəbər verir ki, canlı insanın beyni ilə işləmək kifayət qədər çətin olduğundan, tədqiqatçılar maqnit rezonans görüntüləmə (MRT) kimi rəqəmsal beyin skanlarından, həmçinin bioloji proseslər haqqında nəzəri biliklərə əsaslanan riyazi modellərdən istifadə edərək kompüter simulyasiyalarına müraciə edib.

Bu insan beyninin "ümumi" modelini qurmağa imkan verir, lakin sonra elm adamları ayrı-ayrı insanların məlumatlarından istifadə etməklə və "fərdiləşdirilmiş" beyin modelləri yaratmaqla dəqiqləşmə aparıb.

Tədqiqatçılar müəyyən ediblər ki, daha yüksək IQ olan iştirakçılar sadə tapşırıqları daha sürətli yerinə yetirirlər, lakin mürəkkəb tapşırıqları yerinə yetirmək onlara uzun vaxt tələb olunub. Eyni zamanda, onların beyninin hissələri bir-biri ilə daha yaxşı sinxronlaşdırırdı, daim məlumat mübadiləsi aparıb, nəticədə ləng qərar verilib.

Digər tərəfdən, aşağı IQ-ya malik insanların beyni çətin qərarlar qəbul edərkən beynin emal addımlarını tamamlamasını gözləmək əvəzinə, daha tez nəticə çıxarmağa çalışırdı, buna görə də belə insanlar daha tez-tez səhvə yol verir.

Oxşar xəbərlər
OTACI