Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çin və Rusiya bombardmançıları Yaponiya yaxınlığından uçub

07 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Çinin iki "H-6" bombardmançısı və Rusiyanın iki "Tu-95" bombardmançı təyyarəsi iyunun 6-da Yapon dənizi üzərində birgə uçuş həyata keçirərək Şərqi Çin dənizinə doğru istiqamət alıb".

Press.az "The Japan Times"ə istinadla xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, bombardmançı təyyarələrə daha iki Çin qırıcısı qoşulub. 

Yaponiyanın hava məkanı pozulmasa da, nazirlik diplomatik kanallar vasitəsilə Çin və Rusiyaya "ciddi narahatlığını" çatdırıb və bu, "açıq güc nümayişi" kimi qiymətləndirilib.

Son zamanlar Çin və Rusiya ABŞ, həmçinin digər Qərb ölkələrinin rəhbərlik etdiyi beynəlxalq nizama qarşı çıxmaq məqsədilə birgə hərbi əməliyyatlara getdikcə daha çox cəlb olunublar.

İyunun 6-da Cənubi Koreya silahlı qüvvələrinin Birləşmiş Qərargah Rəisləri bildirib ki, Çin və Rusiyanın 8 təyyarəsi hava hücumundan müdafiə zonasına daxil olub.

Seul qırıcıları havaya qaldırandan sonra Çin və Rusiya təyyarələri, o cümlədən bombardmançı təyyarələr Cənubi Koreyanın hava məkanından geri dönüb.

Oxşar xəbərlər
OTACI