Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka SES ətrafında vəziyyətlə bağlı fövqəladə iclasın fotosunu paylaşıb.
Press.az "news.ru"ya istinadla bildirir ki, iclasda Ukrayna qoşunlarının baş komandanı Valeri Zalujniy də iştirak edirb.
Qeyd edək ki, bur müddət əvvəl Rusiyanın aparıcı mətbu orqanları sevinə-sevinə mayın əvvəlində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının ağır qapalı kəllə-beyin travması aldığı barədə xəbərlər paylaşırdı.
Bununla yanaşı, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov iclasda iştirak etməyib.
Sonuncu dəfə Ukraynanın baş kəşfyyatçısı mayın 29-da Moskvanı raket zərbələrinə tez cavab verəcəyi ilə hədələyən videonu paylaşıb.
İyunun 5-də ruslar Budanovun raket hücumu nəticəsində həlak olması ilə bağlı məlumat yayıblar.
Bununla belə, ölkə rəhbərliyi bildirib ki, Ukraynanın baş kəşfiyyatçısının ölümü ilə bağlı xəbərlər dezinformasiyadır.