Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Almaniya Ukraynaya yeni hərbi yardım paketi verdi

07 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniya Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən, 8 ədəd “Bandvagn 206” - hər yerdə hərəkət edə bilən tırtıllı texnika təqdim edib.

Press.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytı xəbər yayıb.

Hökumətin məlumatına görə, yardım paketinə həmçinin “Gepard” özüyeriyən zenit kompleksi üçün 2 000 ədəd sursat da daxildir.

Bundan əlavə, Almaniya 14 ədəd VECTOR kəşfiyyat dronu, 16 ədəd sərhəd maşını, 3 anti-dron sistemi, 2 ədəd “8x6 HX81” yük maşını, 2 ədəd qoşqu və 11 000 quru qida payı verib.

Ümumilikdə Almaniya Ukraynaya 64 ədəd “Bandvagn 206” tırtıllı maşın tədarük etmək niyyətindədir.

Oxşar xəbərlər
OTACI