Cümhuriyyət Xalq Partiyasının (CHP) Qrup başqanı və Manisa millət vəkili Özgür Özəl partiyalarının Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə namizədinin Ankara millət vəkili Tekin Bingöl olduğunu açıqlayıb.
Press.az yerli mediaya istinadla xəbər verir ki, Özəl Bingölün namizədliyi üçün sabah Məclis Baş Katibliyinə müraciət ediləcəyini bildirib.
Qeyd edək ki, Ədalət və İnkişaf Partiyası (AKP) və Millətçi Hərəkat Partiyasının (MHP) TBMM sədri namizədi AKP sədr müavini və İstanbul millət vəkili Numan Kurtulmuş, Yaşıl Sol Partiyasının namizədi Adana millət vəkili Tülay Hatimoğulları irəli sürülüb.
Bundan başqa, İYİ Partiyadan İstanbul millət vəkili Cihan Paçacı Məclis sədliyinə namizəd olduğu halda, Can Atalay Türkiyə İşçi Partiyasının namizədi olub.