Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Taliban” Kabili işıqsız qoydu

27 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Taliban” hərəkatı döyüşçüləri Əfqanıstanın paytaxtı Kabil şəhərini işıqsız qoyub.

Press.az xəbər verir ki, “Taliban” döyüşçüləri ölkənin Baqlan əyalətində elektrik dirəklərini partladıblar. Nəticədə isə Kabil şəhəri və ona yaxın əyalətlər işıqsız qalıb.

Əfqanıstanın milli energetika şirkəti “Breşna”nın verdiyi məlumata görə, şirkətin texniki personalı hazırda problemi həll etməyə çalışır.

Qeyd edək ki, hazırda ölkədə hökumət qüvvələri ilə “Taliban” hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə “Taliban” döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir. KİV-in məlumatına görə, “Taliban” artıq ölkənin 100-dən çox bölgəsinə nəzarəti ələ keçirib. //Qafqazinfo.az

Oxşar xəbərlər
OTACI