Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məşhur aktyor mirasını “Qalatasaray”a bağışlayır

11 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məşhur türkiyəli aktyor Aydemir Akbaş mirasını tərəfdarı olduğu kluba bağışlayacağını açıqlayıb.

Press.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor “Qalatasaray” fanatı olması ilə də məşhurdur.

“Sərvətim çox deyil, amma mirasımı “Qalatasaray” cəmiyyətinə bağışlayacağam. Əvvəlcə ehtiyacı olan varmı deyə, yaxınlarıma baxacağam, onun əsasında qərar verəcəyəm. Klubum üçün həyat yoldaşımı da boşayaram”, - deyən aktyorun açıqlaması diqqət çəkib.

Qeyd edək ki, aktyor “Kolpaçino” filmində canlandırdığı Sabri abi obrazına görə xalq arasında bu adla tanınır.

Oxşar xəbərlər
OTACI