Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fransa Səhiyyə Nazirliyi: Yaxın günlərdə "Delta" ştammı geniş yayılacaq

09 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Yaxın günlərdə "Delta" ştammı Fransada ən geniş yayılmış variant olacaq".

Press.az TASS-yə istinadən xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Olivye Veran məlumat verib.

O, “France Inter” radiostansiyasının efirində bildirib ki, bu ştamm əvvəlki variantlara nisbətən daha yoluxucudur, bu səbəbdən hökumət bütün fransızları vaksinləməyə laqeyd yanaşmamağa və sanitar təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır.

Fransa hökumətinin məlumatına görə, hazırda Fransada koronavirusa yoluxmuş şəxslərin 50%-də delta ştammı qeydə alınıb. Ölkədə sanitar vəziyyətin pisləşməsi səbəbindən hökumət bu yay pandemiyanın 4-cü dalğasının baş vermə riskini istisna etməyib.

Oxşar xəbərlər
OTACI