Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə maskadan nə zaman imtina ediləcək?

23 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkədə maskadan nə zaman imtina ediləcəyi ilə bağlı sualı cavablandırıb.

Press.az xəbər verir ki, nazir maska məhdudiyyətinin ölkə əhalisinin 70%-i vaksinasiyadan keçdikdən sonra aradan qaldırılacağını bildirib.

“Bildiyiniz kimi, intensive peyvəndləmə işi aparırıq və bu vaksinin təsiri 14 gündən sonra yaranır. Qarşıdakı dövrdə məcburiyyət olmadıqca məhdudiyyətlər tətbiq etməyi istəmirik. Məsafə gözlənilirsə, maska taxmağa ehtiyac yaranmır, yalnız qapalı məkanlarda taxılmalıdır. Ancaq məsafənin qorunmadığı açıq havada da maska məcburiyyəti var. Peyvənlənmə azı 70% olarsa, maskalardan xilas ola bilərik”.

//Qafqazinfo.az

Oxşar xəbərlər
OTACI