logo
First slide

Ərəb mətbuatı: Azərbaycan Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edir

06 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Misirin nüfuzlu “Əl Mısr Əl Yom” qəzetində “Azərbaycan Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edir” sərlövhəli məqalə dərc edilib.

Press.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) öz əməkdaşının və Azərbaycan Televiziyasının operatorunun erməni diversantlarının müharibədən sonra basdırdıqları tank əleyhinə minaya düşərək həlak olması haqqında xəbər yayıb, həmçinin bununla bağlı beynəlxalq və regional media təşkilatlarına müraciət ünvanlayıb. Lakin Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir.

Bəhreynin “Əl Əyam” qəzetində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni diversantları tərəfindən basdırılan tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin həlak olması, daha 4 nəfərin yaralanması barədə xəbər yayımlanıb.

AZƏRTAC-a istinadla yayımlanan xəbərdə insidentlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatı da yer alıb. Yazıda qeyd olunub ki, rəsmi Bakı Ermənistan tərəfindən ərazilərin məqsədyönlü şəkildə minalanmasının Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün həyata keçirildiyini bəyan edib.

Xəbərdə vurğulanıb ki, Azərbaycan XİN bir müddət əvvəl Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrup hərbçisinin saxlanıldığı faktını diqqətə çatdıraraq, bunun qarşı tərəfin həm hərbi, həm də mülki şəxslərin həyatına və təhlükəsizliyinə ciddi təhdid yaratmaqda davam etdiyinin, bölgədə vəziyyəti gərginləşdirdiyinin göstəricisi olduğunu bildirib.

Ermənistanın bu davranışının regionda sülh, təhlükəsizlik və əməkdaşlığa başlıca əngəl olmaqda davam etdiyini də qeyd edən Azərbaycan XİN vurğulayıb ki, mülki azərbaycanlıların vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Oxşar xəbərlər
OTACI
OTACI