Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya İstintaq Komitəsi azərbaycanlını qətlə yetirən polisi sərbəst buraxıb

04 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyada 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polis avtoinspektoru Aleksandr Qusev azadlığa çıxıb.

Yerli KİV-də yayılan xəbərlərə görə, onun sərbəst buraxılması barədə göstərişi Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Basrıkin şəxsən özü verib. Barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilən Qusev ölkəni tərk etməmək barədə arayış qarşılığında azad edilib.

Qeyd edək ki, bu faktın özü, ilk növbədə Rusiyanın hüquq sistemində ciddi problemlərin olduğunu və hadisəyə yanaşmada siyasi ayrı-seçkilik  motivlərinin mövcudluğunu nümayiş etdirir.

Onu da bildirək ki, Vəkil Abdullayev Gürcüstan vətəndaşıdır. Bəs görəsən rəsmi Tbilisi öz vətəndaşına niyə sahib çıxmır? Bu məsələ Gürcüstan tərəfindən beynəlxalq təşkilatlarda qaldırılacaqmı? Təəsüf ki, bütün bu suallar hələ də cavabsız qalır.

Oxşar xəbərlər
OTACI