Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya və Ukraynanı müzakirə etdilər

03 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Almaniya Kanslerinin xarici siyasət məsələləri üzrə məsləhətçisi Yan Hekkerlə Rusiyanı, Ukraynanı və Avropa ölkələrinin enerji təhlükəsizliyini müzakirə edib.

Press.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Onlar Yeddi Qrup (G7-red.) liderlərinin qarşıdakı görüşü və NATO sammiti, Avropanın enerji gələcəyinin təhlükəsizliyini təmin etmək əhəmiyyəti, <...> həmçinin Rusiya, Ukrayna, İran, Sahel regionu və Qərbi Balkanların daxil olduğu xarici siyasət prioritetləri haqqında danışıblar”, - sənəddə deyilir.

Bundan başqa, Ağ Evdə qeyd ediblər ki, hər iki hökumətdən olan ekspertlər “Şimal Axını-2” boru kəmərini müzakirə ediblər.

Eyni zamanda, ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Dalip Sinqh Almaniya Kanslerinin iqtisadi siyasət üzrə məsləhətçisi Lars-Hendrik Ryollerlə görüşüb və onunla bir sıra iqtisadi məsələləri, o cümlədən Yeddi Qrup liderlərinin qarşıdakı görüşünün məqsədlərini, vaksin dozlarının paylanılması, məcburi əmək, pandemiyadan sonra iqtisadiyyatın bərpası, eləcə də 5G şəbəkələrinin təhlükəsizliyi müzakirə edib.

Oxşar xəbərlər
OTACI