Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cənubi Koreyada vaksin vurduranlara endirimlər ediləcək

03 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cənubi Koreya kinoteatrları koronavirusa qarşı peyvənd olunan vətəndaşlara endirim edəcək.

TASS bu barədə ölkənin film distribyutorları birliyinin məlumatına istinadən xəbər yayıb.

Aksiya hökumətin bu ilin sonunadək kollektiv immunitet əldə etmək səylərini dəstəkləmək və pandemiyanın başlanğıcından bəri boş qalan kinoteatrlarda ziyarətçilərin sayını artırmaq üçün hazırlanıb.

İyun ayının sonuna qədər davam edəcək aksiyanın şərtlərinə uyğun olaraq, azı bir doza peyvənd vurduran vətəndaşlar bilet kassasında peyvənd sertifikatı təqdim edərək 50-60 % endirimlə bilet ala biləcəklər.

İndiyə qədər Cənubi Koreyada ölkə əhalisinin 12,4 %-i peyvəndin ilk dozasını vurdurub.

Oxşar xəbərlər
OTACI