Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-ın hərbi helikopteri Yaponiyada qəza enişi edib

03 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın “UH-1” hərbi helikopteri Yaponiyanın Okinava prefekturasına aid olan Tsuken adasında qəza enişi edib.

Bu barədə Press.az “Qafqazinfo” -ya istinadən xəbər verir.

Onun məlumatına görə, helikopter yaşayış evlərindən 120 metr aralıqda eniş edib. Beş ekipaj üzvündən heç biri xəsarət almayıb. Helikopter ABŞ Futemma dəniz piyada korpusuna aiddir.

İlkin məlumata görə, insidentə səbəb mühərrikdə yaranan problemlər olub. Yerli sakinlər helikopterin eniş etməzdən əvvəl çox aşağıdan uçduğunu və güclü səs çıxardığını təsdiqləyib.

Oxşar xəbərlər
OTACI