Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

NATO Baş katibi Boris Consonla görüşüb

02 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

NATO Baş katibi Yens Stoltenberq Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşüb.

Press.az xəbər verir ki, görüş NATO Baş katibinin Londona səfəri çərçivəsində baş tutub.

Görüş zamanı iyunun 14-də Britaniyada keçiriləcək NATO sammitinə hazırlıq müzakirə edilib.

Baş nazir Britaniyanın Şərqdən gələn təhdidlərə qarşı NATO müttəfiqləri ilə çiyin-çiyinə dayanacağını bildirib.

Y. Stoltenberq isə Britaniyanın NATO-nun ən sadiq müttəfiqlərindən biri olduğunu qeyd edib.

Oxşar xəbərlər
OTACI