Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fransa Böyük Britaniyaya xəbərdarlıq edib

09 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniya Brexit üzrə nəzərdə tutulan balıq ovuna dair razılaşmanı yerinə yetirməyəcəyi halda Ftansa Londonaqarşı sanksiya tətbiq olunacağını istisna etməyib.

Press.az xəbər verir ki, bunu bu gün Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal “France 3” telekanalına müsahibəsində bildirib.

Q. Attal bu sanksiyalardan birinin Böyük Britaniyanın La-Manş boğazında yerləşən Cersi adasına verilən elektrik enerjisinin dayandırılması ola biləcəyini söyləyib:

“Paris Londonu razılaşmanı yerinə yetirməli olmasına inandırmaq üçün Avropa Komissiyasına da müraciət edib”.

Qeyd edək ki, Britaniya hakimiyyətinin Cersi sahillərində balıq ovuna icazəni nəzərdə tutan siyahıya 344 deyil, 41 Fransa balıqçı gəmisini daxil etməsi Fransanın narazılığına səbəb olub. Eyni zamanda Britaniya balıq ovuna dair bir sıra tələblərlə də çıxış edir. Fransa isə bu tələblərin Brexit üzrə razılaşmada nəzərdə tutulmadığını bildirir.

Fransanın sanksiya hədələrinə cavab olaraq Böyük Britaniya mayın 5-də Cersi adasına 2 patrul gəmisi göndərib. Fransa isə mayın 6-da Cersi adası yaxınlığında iki patrul gəmisinin olacağını bəyan edib.

Bundan başqa, martın 6-da səhər 60-dək Fransanın balıqçı gəmisi Cersi adasını blokadaya alıb. Balıqçı gəmiləri adanı blokadaya almaqla bərabər digər gəmilərin Sent-Xelier portuna yaxınlaşmasına da mane olublar. Bir neçə saat sonra Fransa balıqçı gəmiləri adanın blokadasını dayandırıb.

Oxşar xəbərlər
OTACI