Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müharibədən sonra Ovannisyan yenə “taktiki geri çəkildi”, bu dəfə ABŞ-a - FOTO

03 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsində Azərbaycana qarşı informasiya platformalarında çoxsaylı saxta açıqlamaların, məlumatların mənbələrindən biri də Ermənistan Müdafiə Nazirliyinin Kadrlar və hərbi-təhsil siyasəti baş idarəsinin təhsil şöbəsinin müdiri Artsrun Ovannisyan idi.

O Ovannisyan ki, Vətən müharibəsindən öncə də ölkəsinin hərbi qüdrətindən dəm vururdu və təbliğatının əsas tezislərini xam xəyallar üzərində qururdu.

Vətən müharibəsi dövründə də Ovannisyan yalanı yalana calayan, Ermənistanın məğlubiyyətini müxtəlif epitetlər adı altında ört-basdır etməyə çalışan obraz kimi yadda qaldı.

Ermənistan Müdafiə Nazirliyinin müharibə dövründə erməni qoşunlarının ard-arda məblubiyyətə uğramasını “taktiki geri çəkilmə” adı ilə təqdimatın müəllifi Ovannisyan idi. Bununla da o, özünü gülüş hədəfinə çevirirdi.

Ovannisyan müharibədən sonra vəzifəsindən istefa verdikdən sonra kifayət qədər yalan danışdığını da etiraf edib. Bu qədər haqq-hesabdan sonra isə Ovannisyan mənəvi prinsiplərə tüpürərək ABŞ-da dincəlir.

Bu barədə Ermənistanın politik.am nəşri məlumat yayıb.

Müharibədən sonra Ovannisyanın Ermənistanda yaşayacağını bəyan etməsi fonunda indi ABŞ-da peyda olması xeyli suallar yaradır.

Həmin nəşr yazır ki, Ovannisyan ABŞ-da mənzil də alıb. Ona bu işdə Baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyanın xeyir-dua verməsi ilə bağlı iddialar da diqqət çəkir.

“Bəzi internet istifadəçiləri Artsrun Ovannisyanın ABŞ-a Anna Akopyanın dəstəyi ilə gəldiyini iddia edirlər”,-deyə nəşr yazıb.

Bahalı həyat tərzinin göstəricisi hesab olunan siqar fotosunun Ovannisyana məxsus olması isə suallar yaradır: Görəsən, Ovannisyan oliqarx zövqləri ilə hansı mesajlar verir?

Müharibədə təmsil etdiyi hakimiyyətin addımları nəticəsində minlərlə erməninin ölümündən (məhvi) sonra, çıxıb yalanlar danışdığını deməsi, bunun ardınca isə bahalı həyat tərzinin nümayişi kimə lazımdır?

Oxşar xəbərlər
OTACI