Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşinyan İrəvana qayıda bilmir

30 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan və onun rəhbərlik etdiyi nümayəndə heyəti Kazandan İrəvana qayıda bilmir.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Faktı ölkə hökumətinin mətbuat xidməti də təsdiq edib.    

Məlumata əsasən, Ermənistan heyətinin təyyarəsində texniki nasazlıq yaranıb.

Hazırda problemin həll olunması istiqamətində işlər aparılır. Əgər qısa müddətdə nasazlığı aradan qaldırmaq mümkün olmazsa, Paşinyan və hökumət üzvləri digər təyyarə ilə geri qayıdacaqlar.

Qeyd edək ki, Ermənistan nümayəndə heyəti Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək məqsədilə Kazana səfər edib.

Oxşar xəbərlər
OTACI