Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hindistan COVID-19-a yoluxmaların sayına görə anti-rekordunu yenilədi

30 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hindistanda sutka ərzində 386 452 nəfərdə koronavirus aşkar edilib. Bu, pandemiyanın başlanğıcından bəri ölkədə ən yüksək göstəricidir.

Press.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Hindistan koronavirusa yolxumaların sayına görə dünyada ikinci yerdədir. Səhiyyə nazirliyinin son məlumatlarına görə, ölkədə ümumilikdə 18,7 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb, 15,3 milyondan çox xəstə sağalıb, 208 min insan koronavirus və yanaşı xəstəliklərdən ölüb.

Eyni zamanda, Hindistanda 152 milyondan çox insan koronavirus əleyhinə vaksinasiya edilib.

Oxşar xəbərlər
OTACI