Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İtkin düşən erməni əsgərlərin yaxınları müdafiə nazirliyinin binasını mühasirədə saxlayır

09 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İkinci Qarabağ müharibəsi zamanı itkin düşən Ermənistan hərbçilərinin yaxınları ölkənin müdafiə nazirliyinin binasını mühasirədə saxlamaqda davam edirlər.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd olunur ki, nazirliyin əməkdaşları artıq 24 saatdır oranı tərk edə bilmirlər.

Hüquq mühafizə orqanlarının əməkdaşları itkin düşən hərbçilərin doğmaları ilə danışıqlar aparıb, vətəndaşlardan nazirliyin binasına gedən yolu açmağı xahiş ediblər.

Etirazçılar müdafiə nazirliyinin rəhbərliyindən yaxınlarının taleyinə aydınlıq gətirilməsini tələb edirlər.

Digər məlumata əsasən, bu gün səhər saatlarında aksiya iştirakçıları nazirliyin binasının üzərində helikopterin dövrə vurduğunu müşahidə ediblər.

Oxşar xəbərlər
OTACI