logo
First slide

Professordan daha bir mutasiya XƏBƏRDARLIĞI

07 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ankara Universitetinin professoru İsmail Balık COVID-19 virusunda yeni mutasiyaların yaranacağını istisna etmir.

Press.az xəbər verir ki, pandemiyanın üçüncü mərhələsinin başlamasından söz açan həkim ölkədə yoluxma sayının artmasının səbəbini virusun Britaniya ştammı ilə əlaqələndirib.

"Türkiyədəki yoluxmaların 75 faizi mutant virusdur. Yeni mutasiyanın yoluxduruculuq qabiliyyəti 40-70 faizdir, amma ölümcüllüyü əvvəlki ilə eynidir. Əsas fərqləndirici xüsusiyyətlərindən biri də asanlıqla yoluxduğundan gənclərə və uşaqlara da təsir etməsidir. Sürətlə artma səbəblərindən biri də budur. Sıxlıq olan yerlərdə maskanı bir neçə saniyəlik aşağı salmaq virusa yoluxmanıza səbəb ola bilər. Odur ki, maska, sosial məsafə və gigiyena qaydalarına əməl edin.

Mutant virus hazırda bütün dünyada dominantlıq edir və belə görünür ki, pandemiyanın davam etməsinə səbəb olacaq. Mutasiyaya uğrama riskini artıran ən önəmli faktor xüsusilə infeksiyanın çox yayılmasıdır. Hazırda yaşanan vəziyyət yeni mutasiyaların inkişafına yol açacaq. Bu mutasiyalar bir müddət sonra özü-özünü bitirə bilər. Eyni zamanda, peyvənd sayəsində yaranmış immunitetin təsir qüvvəsi ilə virusun yoluxuculuğunun azalması da gözlənilir. Odur ki, bütün elm dünyası prosesi yaxından izləyir.

Yadda saxlayın ki, xəstəlik nə qədər çox yayılarsa, mutasiyalar bir o qədər çox olacaq. Türkiyəyə məxsus yeni bir mutasiya da meydana gələ bilər", - İ.Balık qeyd edib. (publika.az)

Oxşar xəbərlər
OTACI
OTACI