Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ruhani ABŞ-ın danışıqlara hazır olduğunu açıqladı: “Bu, İran xalqının qələbəsidir”

07 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"ABŞ rəhbərliyi danışıqlara hazırlığını göstərdi, Tehran isə öz növbəsində bütün sanksiyaların aradan qaldırılması şərtilə nüvə proqramı üzrə öhdəliklərinə qayıtmağa hazırdır”.

Press.az-ın "RİA Novosti”yə istinadən məlumatına görə, bu sözləri İran Prezidenti Həsən Ruhani bildirib.

"Biz bu gün ABŞ-ın danışıqlar üçün ayıldığı vəziyyəti müşahidə edirik. Biz də təsdiq edirik ki, bütün sanksiyaların aradan qaldırılması qarşılığında nüvə proqramı üzrə öhdəliklərimizə qayıtmağa hazırıq”, - deyə H.Ruhani bildirib.

İran lideri qeyd edib ki, Tehran mövcud problemləri həll etməyə hazırdır.

"ABŞ bu gün özünün danışıqlara hazır olmasından danışır. Bu, İran xalqının qələbəsidir”, - deyə İran lideri vurğulayıb.

Oxşar xəbərlər
OTACI