Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Böyük Britaniyada etiraz aksiyaları keçirilib

04 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniyanın Bristol şəhərində etiraz aksiyaları keçirilib.

Press.az xəbər verir ki, mitinq iştirakçıları 25 əyalətdə və bölgədə təhlükəsizlik qüvvələrinin səlahiyyətlərinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinə etiraz ediblər. Aksiyada “Qanunu öldür” (Kill the Bill) şüarı səsləndirilib.

Təxminən 1500 nəfərin iştirak etdiyi yürüşdə polislə etirazçılar arasında toqquşma yaranıb, 7 nəfər həbs edilib.

London, Birminqem, Liverpul, Nyukasl, Veymut və Bornmut şəhərlərində də “Qanunu öldür” etirazlarına yüzlərlə insan qoşulub.

Polisin təlimatlarına riayət etməyən şəxslər isə 2500 funt sterlinqə qədər cərimələniblər.

//AZƏRTAC

Oxşar xəbərlər
OTACI