Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru

08 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qlobal pandemiyanın nəticələri bir çox hallarda daha çox qadınlara təsir edib. Bu, xüsusilə məişət zorakılığının artması və reproduktiv sağlamlığın qorunmasına çıxış imkanlarının azalması ilə özünü göstərdib.

Press.az-ın məlumatına görə, bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

ÜST-nin Baş direktoru bildirib: "Bir çox hallarda COVID-19 pandemiyasından qeyri-proporsional olaraq qadınlar zərər görüblər. Qadınlara qarşı zorakılığının dəhşətli dərəcədə artmasının, cinsiyyət və reproduksiya ilə əlaqəli səhiyyə xidmətlərinə çıxışın azalmasının şahidi olduq".

Onun sözlərinə görə, pandemiya dövründə qadınlar kişilərdən daha çox iş yerlərindən məhrum olublar: "Qadınların üzərinə uşaqlara və qocalara qayğı göstərmək baxımından da əlavə yük düşür".

A.Qebreyesus dünyadakı tibb işçilərinin təxminən 70 faizini təşkil edən qadınların "pandemiya şəraitində müalicə və həyatların xilas edilməsində əsas rol oynadığını" xatırladıb.

8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə ÜST-nin Baş direktoru səhiyyə sahəsində işləyən qadınlara "sağlamlığı təşviq etmək, dünyanı təhlükəsiz tutmaq və həssas insanlara yardıma görə təşəkkür edib".

Oxşar xəbərlər
OTACI