Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda ötən sutka 99 nəfər koronavirusdan öldü

08 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda ötən sutka ərzində 99 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Press.az xəbər verir ki, bu barədə Trend nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 60 786 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 313 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 698 005 nəfərə çatıb. Virus daşıyıcılarından 3 804 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 1 449 350 nəfər koronavirusdan sağalıb. 11,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Oxşar xəbərlər
OTACI