Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İlon Maskın “Starship”i üçüncü dəfə də partladı

04 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Amerikalı sahibkar, "Tesla" və "Spacex" şirkətlərinin banisi İlon Mask "Starship" kosmik gəmisinin eniş etdikdən sonra partlamasını şərh edib.

Press.az-ın məlumatına görə, İ.Mask bu barədə özünün "Twitter" səhifəsində yazıb.

İ.Mask bildirib: "Starship SN10" salamat eniş etdi!". Onun sözlərinə görə, "SpaceX" komandası çox böyük iş görür.

Sahibkar əlavə edib ki, nə vaxtsa əsl müvəffəqiyyət əlaməti "Starship"in uçuşlarının adi hala çevrilməsi olacaq.

Xatırladaq ki, daha əvvəl "SpaceX" şirkəti Marsa missiyalar üçün nəzərdə tutulan "Starship" kosmik gəmisinin prototipini bir neçə uğursuz cəhdlərdən sonra yerə endirə bilib. Enişin uğurlu başa çatmasına baxmayaraq bir neçə dəqiqədən sonra kosmik gəmi partlayıb.

Oxşar xəbərlər
OTACI