Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib

28 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Qida və Dərmanlar keyfiyyəti məsələləri üzrə İdarəsi (FDA) "Janssen" şirkətinin yeni koronavirusa qarşı peyvəndinin qeydiyyatı barədə müraciətini təsdiqləyib.

Press.az-ın məlumatına görə, bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin nəzdində olan həmin qurumun açıqlamasında bildirilib.

Məlumata əsasən, "Janssen" şirkəti "Johnson&Johnson" korporasiyasına məxsusdur.

Bildirilib ki, peyvəndin fövqəladə hallarda istifadəsinin təsdiq edilməsi "Janssen" preparatının ABŞ-da 18 yaş və ya daha yuxarı insanların vaksinasiyası üçün tətbiq edilməsinə imkan verir.

Oxşar xəbərlər
OTACI