Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edir

25 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanı istefaya çağırıb.

Press.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Baş Qərargah N.Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Sənədi Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan, daha 19 general və ordu korpuslarının komandanları imzalayıb.

Silahlı Qüvvələrin Baş Qərargahı qurum rəisinin birinci müavininin vəzifədən azad olunmasına kəskin etirazını bildirib. Baş Qərargah ölkənin baş nazirinin bu qərarını dövlətə qarşı məsuliyyətsiz addım adlandırıb.

Oxşar xəbərlər
OTACI