Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanın xarici işlər naziri koronavirusa yoluxub

27 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub. Bu barədə o özünün “Facebook” səhifəsində yazıb. 

“Yanvarın 23-də yoluxmuş xəstələrlə təmasdan sonra mən özümü təcrid etmişəm. Müəyyən olunmuş müddət bitdikdən sonra test etdirdim. Cavabım müsbət çıxdı. Məndə Covid-19 infeksiyası tapıldı. İndi özümü yaxşı hiss edirəm. Bütün qaydalara riayət edir, evdə müalicə alıram. Ümid edirəm ki, tezliklə adi həyat tərzimə qayıda biləcəyəm”, - deyə D.Zalkaliani yazıb.

Qeyd edək ki, nazirin xəstələnməsi İran XİN-in rəhbəri Cavad Zərifin bölgəyə səfəri ilə üst-üstə düşüb. İranlı nazirin Gürcüstan prezidenti, Baş naziri və xarici işlər naziri ilə görüşü planlaşdırılsa da, sonuncusu ləğv edilib. 

Oxşar xəbərlər
OTACI