Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Navalnı tərəfdarlarının etirazı

23 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Etiraz aksiyaları Rusiyanın 60-dan çox şəhərində keçirilir

Press.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Həbsdə olan Rusiyalı müxalifət lideri Aleksey Navalnının tərəfdarları Xabarovskda toplaşaraq etiraz aksiyası keçirməyə başlayıblar.

Əraziyə polis və təhlükəsizlik qüvvələri cəlb edilib. Polis mitinq iştirakçılarına və müstəqil jurnalistlərə müraciət edərək ərazini tərk etməyi tələb edib.

Bildirilir ki, etirazlar ölkənin 60-dan çox şəhərində keçirilir. Bu etirazlar ərəfəsində onlarla Moskvada və digər regionlarda Navalnının tərəfdarları saxlanılıb.

Rusiyanın müxtəlif bölgələrində universitet və kollec tələbələrinə mitinqlərdə iştirak edəcəkləri təqdirdə cəzalandırılacaqları, hətta təhsil müəssisələrindən qovulacaqları ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Navalnı yavarın 17-də Almaniyadan ölkəsinə qayıtdıqdan sonra 30 sutka müddətində həbs edilib.

Oxşar xəbərlər
OTACI