Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST vaksinasiyadan sonra ölüm qeydə alınmadığını bildirdi

21 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

COVID-19 peyvəndini vurduranlarda ölüm qeydə alınmayıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Mariancela Simao bəyan edib.

Simao “Pfizer” peyvəndinin bazarda geniş istifadə edildiyini qeyd edib.

O, mediada vaksinlərin yan təsirləri barədə yazılanlara da toxunub. Mütəxəssisin sözlərinə görə, ən çox anafilaktik şok hallarına rast gəlinir ki, bu da bəzi insanların ciddi allergiyaya meylli olması ilə əlaqəlidir.

Mütəxəssisin sözlərinə görə, ÜST peyvəndlərin yan təsirlərini diqqətlə izləyir və tövsiyələrini yeniləyir. Hazırda 12 peyvənd effektivlik və təhlükəsizlik qiymətləndirməsini gözləyir.

Oxşar xəbərlər
OTACI