Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-dan TARİXİ BƏYANAT – Çinin uyğurlara qarşı hərəkətlərini “soyqırımı” elan etdi

19 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“ABŞ hökuməti Çinin Sincan Uyğur Muxtar Bölgəsində uyğurlara qarşı atdığı addımları “soyqırımı” və “insanlığa qarşı cinayət” hesab edir”.

Press.az TASS-a istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ dövlət katibi Mayk Pompeo çıxış edib.

“Mövcud faktları diqqətlə araşdırdıqdan sonra, ən azı 2017-ci ilin martından etibarən ÇXR-in Çin Kommunist Partiyasının rəhbərliyi və nəzarəti altında Sincanda uyğurlara, etnik və dini azlıqların digər üzvlərinə qarşı insanlıq əleyhinə cinayətlər törətdiyi qənaətinə gəldim. Bundan başqa, Çinin orada soyqırımı həyata keçirdiyi qənaətinə gəldim. Düşünürəm ki, bu soyqırımı davam edir və biz uyğurların sistematik şəkildə məhv edilməsi cəhdini görürük”, - deyə Pompeo bildirib.

Oxşar xəbərlər
OTACI