Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İran dünyaya MEYDAN OXUDU: 90 FAİZƏ QƏDƏR...

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Uranı 90%-ə qədər zənginləşdirə bilərik.

Press.az Publika.az-a istinadən xəbər verir ki, bunu İran Atom Enerjisi Qurumunun sözçüsü Bəhruz Kamalvəndi deyib.

O bildirib ki, uranı 20%-dən çox zənginləşdirmək ehtiyacı ətrafında müzakirələr aparılıb və bu faizin 90-a çıxarılması iqtidarında olduqları qənaətinə gəlinib.

“Ölkə bu gün bu potensiala sahibdir, yəni bu gün uranı 20 faizdən çox zənginləşdirməyə qərar verəndə bunu rahatlıqla həyata keçirə bilərik. Uranı 90%-ə qədər müxtəlif səviyyələrdə asanlıqla zənginləşdirə biləcək qədər irəliləyiş əldə etmişik”, - Kamalvəndi qeyd edib.

Qeyd edək ki, uranın 20% və daha çox zənginləşdirilməsi hərbi məqsədlə istifadə edilməsinə imkan verir.

Oxşar xəbərlər
OTACI