Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənilər Rusiya kurortlarını “ələ keçirmək”lə bağlı planlarını reallaşdırmağa çalışırlar - VİDEO

02 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Öz “dövlətlərini” yaratmaq xəyalları ilə yaşayan ermənilər Rusiyanın kurort bölgələrindəki yaşayış məntəqələrinin adlarını özlərinə uyğun şəkildə dəyişdirməyə başlayıblar.

Bunu “Tik-Tok”da yayımladıqları video da sübut edir.

Görüntülərdə bir erməni telefonunun kamerası ilə erməni və rus dillərində yaşayış məntəqəsinin adı yazılmış bir lövhəni çəkir və arsızlıqla Ermənistanda deyil, Rusiyada olduğunu bildirir.

“Elə bilirsiniz ki, mən Ermənistandayam? Xeyr, mən Rusiyanın cənubundayam, Rostov vilayətində, Myasnikovski rayonunda, əsasən Ermənistan vətəndaşlarının yaşadığı Çaltır kəndindəyəm. Budur, artıq erməni dilində yazılar qoyublar. Bu yaxşı xəbərdir”, - deyə həmin şəxs bildirir.

Videonun müəllifi qeyd edir ki, bu cür işarələrin tezliklə əhalisinin əksəriyyətinin ermənilər olduğu Anapa, Soçi və Rusiyanın digər bölgələrində görünəcəyinə qətiyyətlə əmindir.

Oxşar xəbərlər
OTACI