logo
First slide

“Paşinyanla humanitar mərkəz məsələsi müzakirə ediləcək” - Lavrov

21 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Rusiyanın qurumlararası nümayəndə heyəti Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ üzrə yaradılan qurumlararası humanitar yardım mərkəzi ətrafında və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparacaq."

Press.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu gün – uzanan danışıqlardan sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 9-da qan tökülməsinə son qoyan və bütün ölçülərdə, o cümlədən humanitar səviyyədə vəziyyəti sabitləşdirmək üçün fürsət yaradan bəyanatın qəbul edildiyi vəziyyətdə münasibətlərimizin bütün spektrinə baxmaqda maraqlıyıq. Bizim sülhməramlılar bu razılaşmanın həyata keçirilməsində, o cümlədən humanitar yardımının göstərilməsində fəal iştirak edirlər”, - Lavrov deyib.

O həmçinin qeyd edib ki, yaradılmaqda olan qurumlararası humanitar yardım mərkəzi ilə əlaqəli məsələləri də müzakirə edəcəklər: “Bu da yeni strukturdur və o, mülki əhalinin ehtiyaclarını ödəmək, mülki infrastrukturu bərpa etmək üçün çalışacaq”.

Oxşar xəbərlər
OTACI
OTACI