Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nant şəhərində Azərbaycanın tarixi qələbəsi qeyd edilib

14 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransanın Nant şəhərində yaşayan soydaşlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi münasibətilə avtoyürüş təşkil ediblər.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Yürüşdə onlarla azərbaycanlı iştirak edib, üzərində Azərbaycan və Türkiyə bayraqları olan avtomobil karvanı şəhərin küçələrini dolaşıb.

Daha sonra tədbir iştirakçıları “Qarabağ Azərbaycandır!” şüarı səsləndirib, həmrəylik və birlik rəqsi olan “Yallı” gediblər.

Oxşar xəbərlər
OTACI