Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İzmirdə zəlzələ nəticəsində 17 nəfər ölüb, 709 nəfər yaralanıb - YENİLƏNİB

31 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin və yaralananların sayı artıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

İzmirdə baş vermiş 6.6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 17-ə, yaralıların sayı 709-a yüksəlib

23:34

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində yaralananların sayı 607 nəfərə çatıb.

20:56

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 12-ə, yaralananların sayı 419 nəfərə çatıb.  

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

xxx

20:00

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 257-yə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

18:03

İzmirdə baş vermiş zəlzələ nəticəsində 4 nəfər ölüb.

Press.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 120 nəfər yaralanıb.

xxx

17:27

Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda dağıntılar altından 3 nəfər yaralı olaraq çıxarılıb.

Press.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.

***

16:09

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.

Press.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub.

Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

Dağıntıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.

Oxşar xəbərlər
OTACI