logo
First slide

İspaniya nəşri Gəncə terrorundan yazır

11 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniyanın qocaman “La Vanguardia” qəzetində “Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum nəticəsində azı 7 nəfər həlak olub” sərlövhəli məqalə dərc edilib.

Press.az xəbər verir ki, ispan nəşri Azərbaycan Prezidenti Administrasiyasına istinad edərək, hər iki tərəfin atəşkəs rejimi barədə saziş imzalamasına baxmayaraq, oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ermənilər tərəfindən artilleriya atəşinə tutulması nəticəsində azı 7 nəfərin həlak olduğu barədə yazır.

Məqalədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin öz Tvitter səhifəsində yazdığı məlumatdan sitat gətirilir: “Üç yaşayış evi dağıdılıb. Hazırda azı 7 nəfərin, o cümlədən qadınların həlak olması barədə məlumat var”.

Qeyd olunur ki, şəhər gecə vaxtı atəşə tutulub, ağır yaralananların sayı, uşaqlar da daxil olmaqla, 30 nəfərdən çoxdur.

H.Hacıyev bəyan edib ki, Ermənistan humanitar mülahizələrə əsasən müəyyən edilmiş atəşkəs rejimindən Azərbaycanın dinc sakinlərinə hücum üçün istifadə edir. “Ermənistanı dayandırmaq lazımdır”, - deyə Azərbaycan Prezidentinin köməkçisi bildirib.

Oxşar xəbərlər
OTACI
OTACI