Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz

14 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada oktyabr və noyabr aylarında koronavirusla əlaqəli ölüm sayının artacağını gözləyir.

Bu barədə “Frans Press” agentliyi ÜST-ün Avropa üzrə Regional Bürosunun direktoru Hans Klugeyə istinadən xəbər verib.

“Vəziyyət daha da mürəkkəbləşəcək. Oktyabr və noyabr ayında daha yüksək ölüm nisbətini görəcəyik”, - deyə o, xəbərdarlıq edib.

Həmçinin o da vurğulanıb ki, ölüm sayında artım Avropada yeni epidemiya dalğası səbəbiylə yoluxmaların çoxalması ilə əlaqəli olacaq.

Son məlumatlara görə, dünyada 29 milyondan artıq insanda koronavirus aşkarlanıb. Virusdan ümumilikdə 928 mindən çox insan ölüb.

Oxşar xəbərlər
OTACI