logo
First slide

Almaniya iqtisadiyyatına güclü təhlükə: Yeni virus yayıldı

12 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropanın ən böyük donuz ixracatçısı olan Almaniyada ilk dəfə Afrika donuzu vəbası qeydə alınıb.

“Bloomberg” xəbər verir ki, Çinin ən böyük ət tədarükçüsü olan Almaniya heyvanlar arasında yayılmış epidemiyanın qarşısını almaq üçün hərəkətə keçib.

Ölü qabanları tapmaq üçün öyrədilmiş itlərdən istifadə edilir, şərq sərhədi boyunca elektrik çəpərləri quraşdırılıb, sürücülər yola sendviç qalıqlarını atmamağa çağırılıb.

Buna baxmayaraq, Brandenburq federal əyalətində virusa yoluxmuş qaban tapılıb.

Afrika donuzu vəbası xəstəliyi vəhşi heyvanlarda da təsdiqlənərsə, donuz əti ixracı dərhal dayandırılacaq.

Karantinin Almaniyanı II Dünya Müharibəsindən bəri ən pis formada tənəzzülə uğratdığını nəzərə alsaq, yeni infeksiyanın Avropada bu növ ət istehsalçısına əlavə zərər verəcəyini hesablamaq mümkündür.

Afrika donuzu vəbası insanlar üçün heç bir təhlükə yaratmayan, lakin donuzlarda müalicəsi olmayan ölümcül yoluxucu xəstəlikdir.

Oxşar xəbərlər
Category news

tr_star

01 Oct 2020

OTACI
OTACI