logo
First slide

Alimlər koronavirusun ABŞ-da yayılması ehtimalını irəli sürdülər

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Los-Anceles xəstəxanalarına müraciət etmiş pasiyentlərin xəstəliklərinin tarixlərini təhlil edən həkimlər bu nəticəyə gəliblər ki, koronavirus Kaliforniyada hələ 2019-cu ilin dekabrında yayıla bilərdi.

Press.az xəbər verir ki, tədqiqatı "Journal of Medical Internet Research" dərc edib.

"Biz analizimizə potensial xəstələrin dərhal müraciət etdikləri, infeksiyanın birinci simptomlarının meydana çıxdığı xəstəxanalarda pasiyentlərin ambulator müayinələrinin nəticələrinə daxil etdik", - Los-Ancelesdə Kaliforniya universitetinin professoru Joanna Elmor nəşrə bildirib.

O vurğulayıb ki, oxşar tədqiqatların əksəriyyəti yalnız xəstəxanaya yerləşdirilmiş pasiyentlərin məlumatlarına əsaslanır. Professorun sözlərinə görə, analizlərin nəticələri COVID-19-un Kaliforniyada yayıla bilməsi ehtimalını ortaya çıxarıb.

Qeyd edək ki, Çin hakimiyyəti 31 dekabr 2019-cu ili Uhan şəhərində pnevmoniyanın yayılması haqqında bildirib. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada COVID-19-a yoluxanların sayı demək olar, 28 milyona çatıb, virusdan 900 mindən çox insan ölüb.

Oxşar xəbərlər
OTACI
OTACI