logo
First slide

Beyrutdakı partlayışın ən kiçik qurbanı - Foto

10 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Livan paytaxtı Beyrutda 158 nəfərin ölümü və 6000-dən çox insanın yaralanması ilə nəticələnən şiddətli partlayışın ən kiçik qurbanının 3 yaşlı Alexandra Naggear adlı bir qız olduğu məlum olub.

Press.az “Hürriyet”ə istinadən xəbər verir ki, ilk partlayış zamanı baş verənləri görmək üçün ailəsi ilə birlikdə pəncərədən çölə baxan Naggear, ikinci partlayış zamanı pəncərə şüşəsinin qırılması nəticəsində ağır yaralanıb. 3 gün xəstəxanada müalicə alan azyaşlı bütün səylərə baxmayaraq həyatını itirib.

Xatırladaq ki, avqustun 4-də Beyrut Limanında partlayıcı maddələrin yerləşdiyi 12 nömrəli anbarda meydana gələn yanğın bütün Beyrutu silkələyən şiddətli partlayışa yol açıb. Livan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, partlayış nəticəsində ölənlərin sayının 158-ə yüksəldiyi, yaralananların sayının 6 mini keçdiyi bildirilib. Beyrut qubernatoru Mərvan Abbud partlayışın vurduğu zərərin 15 milyard dolları ötə biləcəyini deyib.

Oxşar xəbərlər
OTACI
OTACI