Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Beyrutda ara qarışdı: Hökumət binaları tutuldu — CANLI YAYIM

08 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Beyrutun mərkəzində nümayişlər zamanı odlu silahdan atılan atəş nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı ölüb.

Press.az xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalının “Twitter” səhifəsində məlumat yer alıb.

Məlumata görə, daha bir neçə nəfər odlu silah yarası alıb.

Bildirilir ki, şəhərdə keçirilən aksiyalar zamanı etirazçılar Livan XİN-in binasına daxil olublar. Binanın yaxınlığında cəmləşən polislər onlarla danışıqlar aparır. Bildirilir ki, etirazçılar burada prezident Mişel Aunun portretini yandırıblar və XİN-in binasını özləri üçün mənzil-qərargah elan ediblər.

“Sky News Arabia” telekanalının məlumatına görə, etirazçılar, həmçinin Beyrutun mərkəzində İqtisadiyyat Nazirliyinin binasına soxulublar.

Qeyd edək ki, faktiki olaraq şəhər mərkəzi bütövlükdə təhlükəsizlik qüvvələri və etirazçılar arasında yaranan toqquşma meydanına çevrilib. Kütləvi etiraz aksiyaları “Al-Kataib” müxalifət partiyasının lideri Sami Jmayelin çağırışlarından sonra baş qaldırıb. Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin məlumatına görə, etiraz aksiyaları zamanı 130 nəfər xəsarət alıb.

 

Oxşar xəbərlər
OTACI