Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yunanlar təşvişdə: Türk freqatları hərəkətə keçdi...

08 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə donanmasına aid gəmilərdə yeni bir hərəkətlənmə var.

Press.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

“Çanaqqala boğazından keçən türk donanmasına aid 3 freqat Egey dənizi istiqamətində hərəkət edib. Artıq gəmilər Saqqız boğazındadır”, - məlumatda bildirilib.

Qeyd edək ki, Misir və Yunanıstan arasında eksklüziv iqtisadi zona haqqında müqavilə imzalanıb. Bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanla danışıqlara hazır olduğunu, ancaq Afinanın sözünü tutmadığını söyləyib. Ərdoğan qazma işlərinə yenidən başladıqlarını və “Barbaros Xeyrəddin” gəmisini bölgəyə göndərdiklərini açıqlayıb.

Oxşar xəbərlər
OTACI