Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“TikTok”da ən çox qazananların adları açıqlandı

07 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Amerikanın “Forbes” jurnalı “TikTok”un köməyi ilə daha çox qazanan istifadəçilərin siyahısını təqdim edib.

Press.az “Report”a istinadla xəbər verir ki, siyahıda birinci yeri ABŞ-ın Luiziana ştatından 19 yaşlı Edison Rey İsterlinq tutub. O, 12 ay ərzində “TikTok”un köməyi ilə təxminən 5 milyon ABŞ dolları qazanıb. Edison Rey İsterlinqin 54 milyon çox abunəçisi var.

Qeyd edilir ki, o “American Eagle” geyim istehsalçısı və “Spotify” internet-xidməti ilə geyiminin “TikTok”un sayəsində razılaşmalar imzalayıb.

Siyahıda ikinci və üçüncü yerdə müvafiq olaraq Los-Ancelesdən (Kaliforniya ştatı) Çarli və Diksi D Amelio bacıları tutub. Birinci qız 4 milyon ABŞ dolları, ikinci isə 2,9 milyon ABŞ dolları qazanıb.

Oxşar xəbərlər
OTACI