logo
First slide

Eyni şəxs üçüncü dəfə koronavirusa yoluxdu

30 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukraynada iki dəfə koronavirus diaqnozu qoyulan Ternopol sakini üçüncü dəfə virusa yoluxub.

Bu barədə TASS Ternopol regional səhiyyə şöbəsinin müdiri Vladimir Boqayçukun açıqlamasına istinadla xəbər yayıb.

O bildirib ki, hətta koronavirus xəstəliyini keçirmək belə təkrar infeksiyaya yoluxmaqdan qorumur.

Boqayçukun sözlərinə görə, bölgədə COVID-19-la bağlı vəziyyət pisləşib.

Həkim bu statistikanı karantin tədbirlərinə əməl olunmaması ilə əlaqələndirib.

Ukraynada pandemiya dövründə 68 794 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 37 394 nəfər sağalıb, 1673 xəstə ölüb.

Oxşar xəbərlər