Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bir saat içərisində koronavirus yox olacaq - İndiyə kimi eşitdiyiniz ən ŞAD XƏBƏR

26 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusu məhv edən tibbi maska yaradıldı.

Portuqaliyanın paytaxtı Lissabonun Molekulyar Tibb İnstitutunun alimlər qrupu üzərinə düşən koronavirus hissəciklərini neytrallaşdırmağa qadir olan qoruyucu maska yaradıb.

Tədqiqatçılar sınaqların gedişatında maskanı koronavirus molekullarının olduğu məhlula salıblar. Bu halda koronavirus molekullarından 99 faizi bir saat sonra öz xüsusiyyətlərini itirib.

Bu effektin suya davamlı bir neçə təbəqə və xüsusi örtüklü innivativ parça sayəsində əldə edildiyi qeyd olunur.

Alimlər bildiriblər ki, sarğıdan bir neçə dəfə istifadə etmək olar. Fransanın Paster İnstitutunda aparılan sınaqlar nəticəsində məlum olub ki, onu azı 50 dəfə yumaq olar.

Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 16,1 milyonu ötüb, 647 mindən çox insandan COVID-19-un qurbanı olub.

Report

Oxşar xəbərlər
OTACI