Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxıstanda COVID-19-la bağlı vəziyyət pisləşdi: Karantin tətbiq olunacaq

01 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün karantin tətbiqi planını təqdim edib.

Gazeta.ru-nun məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Twitter” hesabında yazıb.

Plan iyulun 5-dən iki həftə müddətində karantin tətbiq olunmasını nəzərdə tutur. Lakin dövlət başçısı müddətin uzadılmasını istisna etməyib.

K.Tokayevin sözlərinə görə, bu barədə ölkənin Səhiyyə naziri iyulun 2-də qurumlararası komissiyanın iclasından sonra açıqlama verəcək.

Qeyd olunur ki, Qazaxıstanda sərt tədbirlərə qayıtmaq ehtiyacı məhdudiyyətləri aradan qaldırdıqdan sonra ölkədə koronavirusa yoluxma hallarının sayının yeddi dəfə artması ilə əlaqədardır.

Oxşar xəbərlər
OTACI