logo
First slide

Türkiyədə koronavirusdan daha 1 293 nəfər sağalıb

23 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə son 24 saat ərzində daha 24 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Press.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 974 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 212 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 188 897 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 293 nəfər olmaqla 161 533 nəfər təşkil edir.

Oxşar xəbərlər